Energetika

Azərbaycanın bütün ərazisində neft axtarılacaq – AÇIQLAMA

Azərbaycanın bütün ərazisində neft axtarılacaq – AÇIQLAMA | FED.az
10:46 9 Dek 2019

Azərbaycanın bütün ərazisində neft-qaz yataqlarının axtarılması üçün tədqiqatlar aparılacaq.

Eləcə də bax: Azərbaycanda ən dərin - NEFT QUYUSU QAZILIB

FED.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın “Total” şirkətinin hasilat üzrə prezidenti Arnaud Breuillacın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirilib. Görüşdə Xəzərin Azərbaycan sektorunda kəşfiyyat işlərinin aparılması ilə bağlı perspektivlər müzakirə olunub, qeyd edilib ki, SOCAR-ın təşəbbüsü və müxtəlif şirkətlərin iştirakı ilə Azərbaycanda planlaşdırılan genişmiqyaslı geoloji kəşfiyyat işləri layihəsi bütün ölkə ərazisini əhatə edə bilər və bunun sayəsində ölkəmizin neft və qaz potensialı tam dəqiqləşəcək.

Digər xəbərlər

Banner