Energetika

Azərbaycanlı gənc BP-nin - “Xalis sıfır” Təqaüdçüsü Seçilib

Azərbaycanlı gənc BP-nin - “Xalis sıfır” Təqaüdçüsü Seçilib | FED.az
14:07 29 İyul 2021

Azərbaycanlı gənc BP-nin “Xalis sıfır” təqaüdçüsü seçilib.

Eləcə də bax: BP azərbaycanlı xanımı Gürcüstan üzrə vitse-prezident vəzifəsinə - Təyin Etdi

FED.az xəbər verir ki, “BP Azerbaijan” şirkətindən  bildirilib ki, şirkət istedadlı və entuziast azərbaycanlı gənc sahibkar Reyhan Camalovanı təbrik edir. O, iyulun 22-25-də Almaniyanın Münhen şəhərində keçirilmiş virtual “One Young World” (OYW) – 2021 ümumdünya gənclər sammitində BP-nin beynəlxalq nümayəndə heyətinə qatılıb. Reyhan BP qrupunun dünya üzrə 350 nəfərdən çox ərizəçi arasından seçdiyi 6 “Xalis sıfır” təqaüdçüsündən biri olub.

Reyhan 14 yaşında “Rainergy” qurğusunu icad edib. Bu qurğu yağışlı iqlimə malik azgəlirli ölkələrdə enerji çatışmazlığı problemini həll etmək üçün yağış suyundan elektrik enerjisinin istehsal edilməsi üçün layihələndirilib. “Rainergy” yağış suyunu toplayır və ondan elektrik enerjisi istehsal etmək üçün istifadə edir.

R.Camalova “OYW” sammitindəki təcrübəsi barədə bunları bölüşüb: “BP-nin “Xalis sıfır” təqaüdünə layiq görülməyim, “Rainergy” qurğusunun bərpaolunan enerji mənbəyi kimi əhəmiyyətini vurğulayır. BP nümayəndə heyətinin tərkibində “OYW” gənclər sammitində iştirak etmək mənə özümü yeni tərəfdən kəşf etmək və bir sıra müsbət cəhətlərimin önə çıxması üçün əla imkan oldu. Sammitdə mənimlə eyni düşüncə tərzinə malik insanlarla ünsiyyət qurmaq, onların ilhamverici uğur hekayələrini dinləmək və müxtəlif mövzularda öz biliklərimi genişləndirmək imkanım oldu”.

“OYW” sammiti daha məsuliyyətli və daha effektiv liderləri olan daha yaxşı bir dünya qurmaq üçün dünyanın ən nüfuzlu gənc liderlərini bir araya gətirən, onları təşviq edən və birləşdirən ən böyük toplantılardan biridir.

BP qrupu 2016-cı ildən “OYW” sammitinə qoşulmaqla dünya miqyasında müsbət təsir yarada biləcək gənc liderləri təşviq edir və dəstəkləyir. Bu əməkdaşlıq çərçivəsində BP hazırda insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yeniləyən gənc innovatorları müəyyənləşdirməyə və onlarla ünsiyyət qurmağa yönəlmiş “Xalis sıfır” təqaüd proqramını yaradıb. Bu, bizim 2050-ci ilədək və ya daha tez müddətdə “xalis sıfır emissiyalı” şirkətə çevrilmək və dünyanın da xalis sıfır hədəfinə çatmasına yardım etmək məqsədi daşıyan yeni strategiyamıza və hədəfimizə uyğundur.

Şirkət “OYW” sammitinə qoşulduğuna və dünyanın müxtəlif yerlərindən olan digər nümayəndələr və gənc liderlərlə öz entuziazmını bölüşdüyünə görə Reyhana təşəkkür edir.

Banner
Banner

Digər xəbərlər