Energetika

Azərbaycanlı kadrlar bp-də yüksək vəzifələrə - TƏYİN OLUNDULAR

Azərbaycanlı kadrlar bp-də yüksək vəzifələrə - TƏYİN OLUNDULAR | FED.az
12:21 15 May 2020

bp şirkətinin qlobal strukturunda etdiyi dəyişikliklərin bir hissəsi olaraq bir sıra yüksək vəzifəli Azərbaycanlı kadrlar şirkətdə yeni daha böyük vəzifələrə təyin olunublar.

Eləcə də bax: SOCAR-da daha bir - YENİ TƏYİNAT

FED.az xəbər verir ki, BP-Azərbaycan şirkətindən daxil olmuş məlumatda bildirilir ki, bunlardan hazırda şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda insan resursları üzrə vitse-prezidenti olan Nərminə Nəbiyeva, bu ilin 1 iyul tarixindən bp-nin London ofisində dəstək funksiyaları, strategiya və davamlılıq, regionlar, şəhərlər və həllər bölümlərinin insanlar və korporativ mədəniyyət üzrə baş vitse-prezidenti (senior vice president enablers, strategy & sustainability, regions, cities & solutions) vəzifəsinə təyin olunub.

Eyni zamanda, hazırda regionun əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli 1 iyul tarixindən daha geniş coğrafiyada kommunikasiya və təşviqat üzrə məsələlərə rəhbərlik edəcək. Bəxtiyar Aslanbəylinin yeni vəzifəsi Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidentdir (vice president communications & advocacy for Middle East & Caspian). Bu ölkələrə Azərbaycan, Gürcüstan, Türkiyə, İraq, Oman, Küveyt və BƏƏ daxildir.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Nərminə və Bəxtiyar bizim regionun rəhbər komandasında biznesimizin uğuruna böyük töhfələr vermiş yüksək vəzifəli kadrlardır. Biz onları yeni daha məsuliyyətli vəzifələrdə görməkdən çox məmnunuq. Bu bir daha onu göstərir ki, Azərbaycanlı peşəkarlara qlobal şirkətlərdə beynəlxalq səviyyəli kadrlar kimi tələbat var. Hər iki həmkarımıza bp-dəki yeni vəzifələrində uğurlar diləyirik.”

 

Digər xəbərlər