Energetika

Azərbaycanlı nazir nefti bahalaşdırmaq üçün - TƏKLİF VERDİ

Azərbaycanlı nazir nefti bahalaşdırmaq üçün - TƏKLİF VERDİ | FED.az
08:10 22 Aprel 2020

Bir neçə “OPEC plus” ölkəsinin iştirakı ilə qeyri-rəsmi formatda keçirilən videokonfransa Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da qatılıb.

Eləcə də bax: Səudiyyə Ərəbistanı - NEFT BAZARINI TƏNZİMLƏYƏCƏK

FED.az xəbər verir ki, Energetika Nazirliyindən  verilən məlumata görə, konfransda neft bazarının hazırkı vəziyyəti və may ayından öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov müzakirələr zamanı “OPEC plus” formatında təmsil olunmayan digər neft istehsalçılarını öhdəliklər götürməyə dəvət edib: “OPEC plus” tarixi missisiya yerinə yetirir və müvafiq öhdəliklər götürüb. İndi isə “OPEC plus” dan kənar neft istehsalçıları bu prosesə fəal şəkildə qoşulmalı və öz öhdəliklərini elan etməlidirlər”, - deyə nazir bildirib.

Digər xəbərlər

Banner