Bu ilin yanvar- fevral ayında Azərenerji xarici ölkələrə 16.1 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 1.7 milyon ABŞ dolları azdır.
Qeyd edək ki, ötən ilin iki ayı ərzində Azərenerji 17.8 milyon dollarlıq elektrik enerjisi ixrac edib.