Energetika

“Azəriqaz”ın vəzifəli şəxsi - İŞDƏN ÇIXARILDI

“Azəriqaz”ın vəzifəli şəxsi - İŞDƏN ÇIXARILDI | FED.az
15:03 25 Fev 2020

Fevralın 25-də Ağsu Regional qaz istismarı İdarəsinin (RQİİ) rəis müavini Elsəvər Rafiq oğlu İslamov tutduğu vəzifədən azad edilib.

Eləcə də bax: “Meqa Sığorta”nın rəhbərliyində - DƏYİŞİKLİK

FED.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən (İB) Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadə, xidməti müqavilə ilə çalışmaq istəyən vətəndaşa əvvəlcədən vəd verərək aldatma və s. əməllərinə görə işdən uzaqlaşdırılıb:

“Elsevər İslamov Ağsu RQİİ-nin rəis müavini kimi son bir həftə ərzində Göyçay rayonu üzrə xidmət sahəsinə nəzarət işlərini həyata keçirib”.

“Azəriqaz” İB bir daha bəyan edir ki, bütün struktur bölmələrdə, o cümlədən RQİİ-də məsul şəxslər vətəndaş məmnuniyyətini təmin etmək və baş verən problemlərin vaxtında aradan qaldırılması üçün səylə çalışmalıdır:

“Bundan başqa, xüsusən də Birliyin vəzifəli şəxsləri rəhbərlik etdikləri kollektivlərdə işgüzar mühitin səmərəliliyinin artırılmasına və qanunvericiliyin tələblərinin icrasına diqqət ayırmalıdırlar. Əks halda vəzifəsindən asılı olmayaraq nöqsanlara yol verən istənilən şəxs barəsində qanun çərçivəsində cəza tədbirləri görüləcək”.

Digər xəbərlər

Banner