Energetika

BP-də işləyən azərbaycanlıların sayı - AÇIQLANIB

BP-də işləyən azərbaycanlıların sayı - AÇIQLANIB | FED.az
20:49 13 Avq 2020

Cari ilin birinci yarısının sonuna BP şirkətinin işçisi olan Azərbaycan vətəndaşlarının sayı 2485 nəfər təşkil edib.

Eləcə də bax: BP 10 ildə ilk dəfə - Dividend Ödənişini Azaldır

FED.az xəbər verir ki, “BP Azerbaijan” verilən məlumata görə, buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək”, - deyə məlumatda qeyd olunur.

© Azərtac

Digər xəbərlər