Energetika

Bu il ARDNF-in investisiya portfelinin yerli valyutada gəlirliyi - AÇIQLANIB

Bu il ARDNF-in investisiya portfelinin yerli valyutada gəlirliyi - AÇIQLANIB | FED.az
14:21 13 Sen 2019

Hesablama Palatası 2018-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin lokal valyutada gəlirliliyinin az olması və bu il Neft Fondunun bu sahədə proqnozlaşdırılan gəlirliliyinə münasibət bildirib.

FED.az-ın məlumatına görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov jurnalistlərə açıqlamasında deyib ki, bu ilin ilk yarısında ayında Neft Fondunda gəlirliliyə təsir edən amillər keçən illə müqayisədə dəyişib.

Ötən il gəlirliliyin azalması, yaxud mənfi göstərici qeydə alınıbsa, cari ildə müsbət gəlirlilik nəzərdə tutulub: “Hesablama Palatası bu il Neft Fondunun investisiya portfelinin lokal valyutada gəlirliliyinin 1,6% olacağını gözləyir. Keçən il bu göstərici 0,35% olub”.

Apa

Digər xəbərlər