Energetika

Dövlət Neft Fondunun Fransadakı investisiya portfeli - AÇIQLANDI

Dövlət Neft Fondunun Fransadakı investisiya portfeli - AÇIQLANDI | FED.az
17:37 31 May 2020

"Fransa bazarında ölkəmizin ən iri investoru qismində Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) çıxış edir. Toplam olaraq investisiya portfeli 2,1 milyard ABŞ dolları təşkil edən bu məbləğ ARDNF tərəfindən sabit gəlirli qiymətli kağızlar, pul bazarlarına, səhmlərə və daşınmaz əmlaka yönəldilib".

FED.az xəbər verir ki, bunu "Report"un Fransa bürosuna müsahibəsində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bildirib.

"Bununla yanaşı, son dövrlər Azərbaycan şirkətləri tərəfindən Fransa bazarına marağın artması müşahidə edilir, bu, əsasən əmlak və turizm sahəsinə aid edilə bilər. Misal üçün, Azərbaycan mənşəli sərmayə əsaslı Paris şəhərində restoran və Konyak şəhərində mehmanxana fəaliyyət göstərir", - R.Mustafayev qeyd edib.

Onun sözlərinə görə, Fransanın müxtəlif regionlarında “Made in Azerbaijan” guşələrinin yaradılması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə iş aparılır: "Bildiyiniz kimi, Fransanın Konyak şəhərində Azərbaycanın “Tovuz Baltika” şirkəti öz satış mərkəzi ilə təmsil olunur. Yaxın zamanda isə Fransanın Bordo şəhərində yerləşən “Şərab şəhərciyi” adlı şərab evində Azərbaycan şərablarının təqdimatının keçirilməsi istiqamətində iş aparılır.

Qarşıdan gələn illərdə əməkdaşlıq üçün prioritet sahə kimi tikinti, alternativ enerji, şəhərsalma, rəqəmsallaşma, informasiya texnologiyaları, qabaqcıl texnologiyanın ötürülməsi, ətraf mühit, sənaye, nəqliyyat və kənd təsərrüfatını görürük".

Digər xəbərlər