Energetika

Energetika Nazirliyi: “OPEC+”un may ayınadək vaxtı var"

Energetika Nazirliyi: “OPEC+”un may ayınadək vaxtı var" | FED.az
11:34 10 Aprel 2020

“OPEC+” ölkələri 2020-ci il mayın 1-dək neft hasilatının azaılması üzrə yeni sazişdə iştirak ilə əlaqədar Meksika ilə razılığa gələ bilərlər.

Eləcə də bax: Azərbaycan neft hasilatını nə qədər azaldacağı açıqlandı - 6 DƏFƏYƏ YAXIN ARTIRILIB

FED.az xəbər verir ki, bunu  Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva deyib.

“Aprelin 9-da OPEC+ ölkələrinin keçirdiyi videokonfransın yekununda imzalanan yeni “Əməkdaşlıq Bəyannaməsi” 2020-ci il mayın 1-dən qüvvəyə minir. Beləliklə, saziş iştirakçılarının Meksikanın bu razlığa qoşulması ilə bağlı razılığa gəlmələri üçün zaman var”, - Əliyeva bildirib.

Müşavir xatırladıb ki, danışıqlar zamanı Meksika Əməkdaşlıq Bəyannaməsinə uyğun olaraq bu mərhələlər üzrə müvafiq olaraq 400-320-240 min barel həcmlərində müəyyənləşdirilmiş kvotalarla razılaşmayıb.”Bu səbəbdən OPEC və OPEC+ ölkələri tərəfindən 11 saat davam edən müzakirələrin yekununda yeni “Əməkdaşlıq Bəyannaməsi” Meksikanın təklif olunan həcmlərlə razılaşacağı şərti ilə qəbul edilib”, - Əliyeva qeyd edib.

O cümlədən, Əliyeva məlumat verib ki, yeni “Əməkdaşlıq Bəyannaməsi”nə qoşulmayan ölkələr sırasına Kanada və Braziliya daxil olub.

Yeni razılığa əsasən, “Əməkdaşlıq Bəyannaməsi” qüvvəyə minəcəyi təqdirdə, “OPEC+” ölkələri 2020-ci ilin may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 10 milyon barel həcmində azaldacaqlar. Bu mərhələdə hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6,085 milyon barel, qeyri-OPEC ölkələri üçün isə 3,915 milyon barel müəyyən edilib. Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Qərara əssaən, 2020-ci il mayın 1-dən iyulun 1-dək Azərbaycanda gündəlik xam neft hasilatı 554 min barel təşkil edəcək.

2020-ci ilin iyul-dekabr aylarında “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18% az olmaqla 8 milyon barel azaldılması razılaşdırılıb. Bu zaman kvotalar OPEC üzrə gündəlik 4,868 milyon, qeyri-OPEC üzrə isə 3,132 milyon barel müəyyənləşdirilib. “Azərbaycan bu dövrdə gündəlik istehsalını 131 min barel azaltmaqla 587 min barel səviyyəsində saxlamalı olacaq.

2021-ci ilin yanvar ayından 2022-ci ilin aprelinədək “OPEC+” üzrə gündəlik neft hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 14% - 6 milyon barel azalacaq. Xüsusilə, hasilat öhdəlikləri OPEC üçün 3,651 milyon barel, qeyri-OPEC üzrə 2,349 milyon barel nəzərdə tutulub. Azərbaycan isə həmin dövrdə 98 min barel azalma ilə hasilatı 620 min barel həcmində saxlamaq öhdəliyini götürməli olacaq.

Yeni razılıq üzrə yalnız neft hasilatı nəzərə alınacaq, kondensat hasilatı nəzərə alınmayacaq.

İnterfaks

Digər xəbərlər

Banner