Energetika

Ərəblərin Azərbaycana satacağı elektrik enerjisinin qiyməti - Məlum Olub

Ərəblərin Azərbaycana satacağı elektrik enerjisinin qiyməti - Məlum Olub | FED.az
15:33 5 May 2021

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” və Səudiyyə Ərəbistanının “AcwaPower” şirkətləri Azərbaycan ərazisində istehsal edəcəkləri elektrik enerjisinin satış qiymətini hökumət ilə razılaşdırıblar.

Eləcə də bax: Ərəb şirkəti günəş elektrik stansiyasının tikintisinə - 200 Milyon Dollar Yatıracaq

FED.az xəbər verir ki, qiymətlər Azərbaycanda elektrik enerjisinin topdansatış qiymətinə (6 qəpik) yaxındır.

Məlnbənin verdiyi məlumata görə, “AcwaPower”in külək elektrik stansiyasından əldə edəcəyi elektrik enerjisinin hər kilovatanı 5,5 qəpiyə, “Masdar”ın günəş elektrik stansiyasından əldə etdiyi elektrik enerjisinin isə hər kilovatı 5,7 qəpiyə Azərbaycana satılacaq.

Hər iki şirkətlə razılaşdırılmış qiymətlərinə Əlavə Dəyər Vergisi (ƏDV) də daxildir.

Qeyd edək ki, “Masdar” şirkətinin tikəcəyi günəş elektrik stansiyasının qoyuluş gücü 240 MVt, “AcwaPower” şirkətinin tikəcəyi külək elektrik stansiyasının qoyuluş gücü isə 200 MVt-dır.

Bu il aprelin 30-da Azərbaycan Prezidenti İlham Əliyev “AcwaPower” şirkəti ilə imzalanan müqaviləni təsdiq edib. Külək elektrik stansiyası Xızı rayonu və Abşeron rayonunun Pirəkişkül qəsəbəsində, günəş elektrik stansiyası isə Qobustan ərazisində yerləşəcək.(Report)

Banner
Banner

Digər xəbərlər