Energetika

Gürcüstan Azərbaycandan 13,6 milyon dollarlıq neft və neft məhsulları - İDXAL EDİB

Gürcüstan Azərbaycandan 13,6 milyon dollarlıq neft və neft məhsulları - İDXAL EDİB | FED.az
20:29 19 May 2020

Gürcüstan yanvar-aprel aylarında Azərbaycandan 13,6 milyon ABŞ dolları dəyərində 41,8 min ton neft və neft məhsulları idxal edib. Bu da illik müqayisədə 20,2 min ton və ya 32,5 faiz azdır.

Eləcə də bax: Ai-95 markalı benzinin idxalı - İKİ DƏFƏ ARTIB

FED.az "azərtac"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, Gürcüstan hesabat dövründə ümumilikdə 171,2 milyon dollar dəyərində neft və neft məhsulları idxal edib. Gürcüstanın neft və neft məhsullarının idxalında 19 faiz azalma qeydə alınıb.

Digər xəbərlər