Energetika

Kosmosdan mesaj var: Neft mənfi 100 dollara - UCUZLAŞA BİLƏR

Kosmosdan mesaj var: Neft mənfi 100 dollara  - UCUZLAŞA BİLƏR | FED.az
21:14 22 Aprel 2020

Mart ayında neftdə mənfi qiymətlərin görünə biləcəyini düşünən Yaponiyanın üçüncü ən böyük bankı Mizuho Bankdan olan neft analitiki Pol Sankey, may ayında Qərbi Texas neftinin müddətli qiymətinin -100 dollara enməsi ehtimalı olduğunu söyləyib. Peyk görüntülərinin ardından alınan məlumatlar anbarlarda olan neftin miqdarının 3,2 milyard barelə qədər artdığını və tankların bir neçə həftədən sonra bütün dünyada dolu olacağını bildirib. Mütəxəssislərin fikrincə, bu, qiymətlərin yalnız ABŞ-da deyil, bütün dünyada sıfıra enməsinə və ya hətta mənfiyə enə biləcəyinə işarədir.

Koronavirusun yayılması dünya iqtisadiyyatına ağır zərbə vursa da, neft bazarında tarixi günlər davam edir. ABŞ-da Qərb Texas nefti müddətli bazarda -40 dollara qədər düşərkən, Türkiyə daxil dünyanın digər ölkələri üçün göstərici olan Brent neftində də bu gün 21 ilin ən aşağı səviyyəsi olan 15 dollar müşahidə edilib.

Eləcə də bax: Meksika 19 neft yatağında - HASİLATI DAYANDIRIR

FED.az “Bloomberg”ə istinadən xəbər verir ki, dünyadan yüzlərlə mil uzaqlıqdakı peyk görüntülərindən əldə edilən görüntülərdən istifadə edərək hesablanmış dünya neft anbarları üçün doluluq məlumatları ABŞ-da neftin qiymətinin niyə sıfırdan aşağı düşdüyünü və dünyanın qalan hissəsinin ABŞ-ı təqib etmə ehtimalını göstərir.

ANBARLARDA 3,2 MİLYARD BAREL NEFT VAR

Tanklardakı səviyyənin rekord səviyyəyə - 3,2 milyard barrelə yüksəldiyini göstərən məlumatlar neft qiymətlərinin yaxın gələcəkdə köhnə qiymətlərə geri düşmə ehtimalını göstərir.

“Oilx” araşdırma şirkətinin peyk vasitəsilə əldə etdikləri məlumatlara görə, saxlama çənlərinin mayın sonu və ya iyunun əvvəlində doldurulacağını gözlədiklərini söyləyib.

Mütəxəssislər bir neçə həftədən sonra dünyada neft saxlama anbarlarının tam dolacağını və dünyanın bir çox bölgəsində neft qiymətlərinin sıfıra yaxın olacağını hətta bəzi yerlərdə mənfiyə düşəcəyini söyləyib.

Bəzi neft şirkətləri qiymətlərin mənfi getməməsi üçün müqavilələrə yenidən baxmağa başlayıblar.

Mart ayında neftdə mənfi qiymətlərin görünə biləcəyini düşünən Yaponiyanın üçüncü ən böyük bankı “Mizuho Bank”dan olan neft analitiki Pol Sankey Qərbi Texas neftinin qiymətinin may ayında -100 dollara enməsinin çox ehtimal olunduğunu bildirib.

GÜNDƏ 50 MİLYON BAREL NEFT ANBARLARA YIĞILIR

Məlumatlar göstərir ki, gündə 50 milyon barel neft saxlama anbarlarına gedir. Bu rəqəm aprel ayında dünyada ümumi neft istehlakının 70% uyğundur.

Məsələn, dünyanın ən böyük neft idxalçılarından biri olan Hindistanda emalı zavodlarının neft saxlama potensiyalı 95% çatıb. Yanacaq satışları kəskin aşağı düşdüyünə görə neft emalı zavodlarının neftə olan tələbatı da sürətlə azalır. Əsas istehsalçılardan biri olan Nigeriya, boş yer qalmadığı üçün istehsalını azaltmaq qərarına gəlib.

İstehsalçıların və emalı zavodlarının neft anbarı icarəyə götürmək üçün bir-birləi ilə yarışa girdiyi bildirilib.

Digər xəbərlər

Banner