Energetika

Murat Lekompte: "Yeni zavodda SOCAR və BP-nin - HƏRƏYƏ 50% PAYI VAR"

Murat Lekompte: "Yeni zavodda SOCAR və BP-nin - HƏRƏYƏ 50% PAYI VAR" | FED.az
08:38 18 Okt 2019

BP və "SOCAR Türkiyə"nin İzmirin Əliağa bölgəsində inşa edəcəyi yeni neft-kimya zavodunun hazırda ilkin mühəndislik və layihələndirmə işləri həyata keçirilir.

FED.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində "SOCAR Türkiyə"nin xarici əlaqələr üzrə direktoru Murat Lekompte deyib.

Eləcə də bax: İstanbul Hava Limanı təyyarə yanacağını – SOCAR-ın «STAR» ZAVODUNDAN ALACAQ

M.Lekompte xatırladıb ki, ötən ilin sonunda SOCAR ilə BP arasında yeni neft-kimya zavodunun tikilməsi ilə bağlı razılaşma imzalandı:

"Razılaşmaya əsasən iki şirkətin hər biri 50% pay almaqla bu layihəni həyata keçirmək qərarına gəldilər. O zamandan ilkin mühəndislik və layihələndirmə işlərinə başlanıldı. Hazırda işlər davam edir və bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Növbəti ildə isə sahə işlərinə başlanılacaq. Bundan sonra bəzi işlərin həyata keçirilməsi nəzərdə tutulur, o cümlədən pay bölgüsü üzrə razılaşma hazırlanacaq.

Daha sonra isə maliyyələşmə məsələsi həllini tapmalıdır. Maliyyənin şirkətlərin özləri tərəfindən və ya kredit yolu ilə təmin edilməsi məsələsi müzakirə ediləcək. 2020-ci ildə yekun investisiya qərarının qəbul ediləcəyi planlaşdırılır. Hələki layihəyə nə qədər investisiya qoyulacağı dəqiq bəlli deyil. Növbəti il yekun investisiya qərarı qəbul ediləndə bu rəqəm dəqiqləşmiş olacaq, ancaq hazırda 1.8 milyard dollar ətrafında müzakirələr aparılır. Ancaq yekun investisiya qərarında bu rəqəm az da ola bilər, çox da ola bilər".

M.Lekomptenin sözlərinə görə, əgər yekun investisiya qərarını 2020-ci ildə qəbul etmək mümkün olarsa elə həmin ildə də tikintinin təməli qoyular:

Digər xəbərlər

Banner