Energetika

Neft iki gündə 10%-ə yaxın bahalaşıb – SON QİYMƏT

Neft iki gündə 10%-ə yaxın bahalaşıb – SON QİYMƏT | FED.az
09:27 6 Mart 2021

Dünya bazarında neftin qiyməti son iki gündə 10%-ə yaxın bahalaşıb. 

FED.az xəbər verir ki, Brent markalı neftin qiyməti dünənki hərraclarda 2,62 dollar və ya 3,93% artaraq 69,36 dollara yüksəlib.

WTI nefti isə 2,26 dollar və ya 3,54% artaraq 66,06 dollar olub. 

Bu – son bir ildə neftin qiymətində qeydə alınan ən yüksək göstəricilərdir. 

Təkcə son 4 ayda – oktyabrın sonundan indiyədək neftin qiyməti təqribən 2 dəfə yüksəlib. Belə ki, oktyabrın sonunda Brent nefti 37,94 dollar, WTI nefti isə 35,79 dollar idi. 

Banner
Banner

Digər xəbərlər