Energetika

Neftin bahalaşması yolunda - DAHA BİR ƏNGƏL

Neftin bahalaşması yolunda - DAHA BİR ƏNGƏL | FED.az
17:02 14 Aprel 2020

OPEC+ formatı çərçivəsində əldə edilmiş yeni razılaşma COVID-9 pandemiyası üzündən tətbiq edilən məhdudiyyətlər nəticəsində neftə tələbatın azalmasını dayandırmayacaq.

Eləcə də bax: "Neftin qiyməti 45 dollara yüksələ bilər"

FED.az xəbər verir ki, istehsalçılar nefti aşağı tariflə satmalı olacaqlar.

Üstəlik, hasilat aprel ayının axırınadək azalmayacağı üçün neft kəmərləri və anbarların dolması ilə bağlı istehsalın tamamilə dayandırıla biləcəyi də qeyd olunur.

Xatırladaq ki, bazar günü OPEC+ formatının iştirakçı ölkələri hasilatın 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən cari ilin may-iyun ayları üçün 23% (9,7 milyon barel), ilin sonunadək 18% (7,7 milyon barel), 2022-ci ilin 30 aprel tarixinədək 14% (6 milyon barel) azaltmaq barədə razılığa gəliblər. Səudiyyə Ərəbistanı və Rusiya hasilatı azaltmağı 11 milyon barel səviyyəsindən hesablayacaq. Həmçinin hasilatı cəmi 100 min barel/gün azaldacaq Meksikaya düşən kvotanın qalan hissəsini ABŞ qarşılayacaq.

Report

Digər xəbərlər

Banner