Banner

Energetika

""OPEC+" razılaşması neft bazarını tələbin azalmasından xilas etməyəcək"

""OPEC+" razılaşması neft bazarını tələbin azalmasından xilas etməyəcək" | FED.az
13:17 14 Aprel 2020

Yeni "OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) razılaşması yeni növ koronavirus (COVİD-19) pandemiyası səbəbindən qlobal neft istehlakının azalmasını dayandırmayacaq.

Eləcə də bax: "Bazara 20 milyon barrel az neft daxil olacaq" - NAZİRLİK YENİ RAZILAŞMANI ŞƏRH ETDİ

FED.az xəbər verir ki, bu barədə "Financial Times" tərəfindən dərc edilmiş qiymətləndirmədə deyilir.

Nəşrin məlumatına görə, neft istehsalçıları məhsullarını azaldılmış qiymətlərlə satmağa məcbur olacaqlar ki, bu da qiymətlərin artmasına əlavə maneə olacaq. Bununla yanaşı, qəzet hesab edir ki, "qara qızıl"ın hasilatı neft anbarlarının və boru kəmərlərinin dolması səbəbindən tamamilə dayandırıla bilər, çünki yeni razılaşmaya əsasən hasilatın azaldılması aprelin sonuna qədər başlamayacaq.

Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.

"Əməkdaşlıq Bəyannaməsi"nə edilmiş düzəlişlərə əsasən, Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barel əvəzinə 100 min barel müəyyənləşdirilib. Meksikanın öhdəliyinin digər qismini kompensasiya etmək üçün ABŞ-ın öz hasilatını əlavə olaraq 300 min barel azaltması ilə razılaşıb. Bununla da "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel (10 mln. barel əvəzinə), iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

Apa

Digər xəbərlər

Banner