Energetika

Ötən ilin fevralından bəri ilk dəfə Brent markalı neftinin bir barreli 56 dolları keçib

Ötən ilin fevralından bəri ilk dəfə Brent markalı neftinin bir barreli 56 dolları keçib | FED.az
08:14 9 Yan 2021

Ötən il fevralın 25-dən bəri ilk dəfə olaraq hərracda Brent markalı neftin bir barelinin qiyməti 56 dollardan yuxarı qalxıb.

FED.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Şimal dənizi qarışığının mart fyuçerslərinin qiyməti 2,81% artaraq, barel üçün 55,91 dollardan 56,06 dollara çatıb.

Qeyd edək ki, WTI markalı xam neftin fevral fyuçerslərinin dəyəri isə 2,75% artaraq bir barel üçün 52,23 dollar təşkil edib.

Banner
Banner

Digər xəbərlər