Banner

Energetika

Qəri Counz: SOCAR, BP və AÇG müqaviləsinin bütün digər tərəfdaşları üçün - TARİXİ BİR GÜNDÜR

Qəri Counz: SOCAR, BP və AÇG müqaviləsinin bütün digər tərəfdaşları üçün - TARİXİ BİR GÜNDÜR | FED.az
14:48 20 Sen 2019

“Azəri-Çıraq-Günəşli”nin (AÇG) 25-ci ildönümü Azərbaycanın neft və qaz sənayesinin yeni tarixində olduqca əlamətdar bir hadisədir.

FED.az SOCAR-dan bildirilib ki, bu sözləri BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.

O qeyd edib ki, bu, SOCAR, BP və AÇG müqaviləsinin bütün digər tərəfdaşları üçün tarixi bir gündür.

“1994-cü ildən bəri bu müqavilə çərçivəsində əldə olunanlar möhtəşəmdir. Azərbaycanı yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevirməklə ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklər məhz bu sazişlə başlanıb. Bu nailiyyətlərin bir səbəbi də AÇG çərçivəsində qurulan çox uğurlu əməkdaşlıqdır. Bunun üçün biz Prezident İlham Əliyevə, onun hökumətinə və SOCAR-a borcluyuq. Biz birlikdə əməkdaşlığın nəyə qadir olduğunu göstərdik”, - deyə Q.Counz əlavə edib.

Azərtac

Digər xəbərlər

Banner