Energetika

Rusiya Azərbaycanda AES tikmək istəyir – RƏSMİ BAKIDAN CAVAB

Rusiya Azərbaycanda AES tikmək istəyir – RƏSMİ BAKIDAN CAVAB | FED.az
15:25 9 Okt 2019

“Rusiyanın Azərbaycana Atom Elektrik Stansiyası tikməklə bağlı təklifi nəzərdən keçirilir”.

FED.az xəbər verir ki, bunu bu gün baş tutan brifinqdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov söyləyib.

Eləcə də bax: Rusiya Azərbaycanda AES tikməyi TƏKLİF EDİR

O, Rusiyanın Azərbaycanda Atom Elektrik stansiyasının yaradılmasına dəstək verilməsi barədə təklifi olduğunu təsdiqləyib:

“Təbii ki, Rusiya atom enerjisi sahəsində uzunmüddətli təcrübəyə malik ölkələrdən biridir. Rəsmi Moskvanın dünya üzrə bir çox belə layihələri var. Bizimlə əməkdaşlıq üçün də belə təklif səsləndirilib. Hazırda Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma hələlik bu mövzu ilə bağlı konkret bir söz deyə bilmərəm”.

Qeyd edək ki, Rusiya və Azərbaycan prezidentlərinin ötən həftə baş tutan görüşlərinin yekunlarına əsasən Rusiya Azərbaycana Atom Elektrik Stansiyası (AES) tikməyi təklif edib. Rusiya prezidentdi Vladimir Putin hətta bu məsələdə Azərbaycana dəstək göstəriləbiləcəyini istisna etməyib.

Modern 

Digər xəbərlər