Energetika

“Saudi Aramco” Avropa bazarını - ƏLƏ KEÇİRİR

“Saudi Aramco” Avropa bazarını - ƏLƏ KEÇİRİR | FED.az
19:35 23 Aprel 2020

Avropada koronavirus pandemiyası üzündən neft məhsulları istehlakının azaldığı bir dövrdə yerli emal müəssisələri daha ucuz xammala üz tutmaq məcburiyyətindədir. Belə bir vəziyyətdə “Saudi Aramco” bazarı tədricən ələ keçirməyə başlayıb.

Eləcə də bax: ABŞ-ın enerji şirkətləri - İFLAS HƏDDİNƏ ÇATIB

FED.az “report”a istinadən xəbər verir ki, Avropanın şimal-qərbində “Aramco” “Arab light” markalı nefti mart ayındakı 2,25 ABŞ dollarına qarşı apreldə 10,25 dollarlıq endirimlə təklif edir.

Avropadakı neft emalı müəssisələrinin ucuz ərəb nefti almağa başladıqları bildirilir. Məsələn, böyük neft anbarlarının olduğu Niderlanda cari ay tədarük edilən Səudiyyə neftinin 1,42 milyon tonadək, yəni mart ayına nisbətən ikiqat həcmdə ola biləcəyi qeyd olunur. Eyni müddət ərzində Rusiyanın “Urals” markalı neftinin tədarükü 41 faiz azalaraq 935 min ton həddindən də aşağı düşüb.

“Səudiyyə neftinin may ayı üçün satış həcmlərində etalondan böyük endirimlər davam etdiyinə görə, Avropadakı emal müəssisələrinin böyük həcmdə Yaxın Şərq xammalı alacaqları gözlənilir”, - “Argus”dan qeyd edilib.

Bununla yanaşı, “Vortexa” analitik mərkəzinə görə, “Aramco” Qdansk limanı vasitəsilə Polşaya mart ayındakı 398 min tona qarşı apreldə 500 min tona yaxın neft tədarük edəcək. Eyni müddət ərzində həmin limana daşınan “Urals” markalı neftin həcmi 377 min tondan 66,5 min tonadək geriləyib.

Digər xəbərlər

Banner