Energetika

SOCAR: 2021-ci ildə neftin qiyməti - 55-70 Dollar Ola Bilər

SOCAR: 2021-ci ildə neftin qiyməti - 55-70 Dollar Ola Bilər | FED.az
14:39 14 Aprel 2021

Çox güman ki, 2021-ci ildə neftin bir barelinin qiymətləri 55-70 dollar diapazonunda ola bilər.

Eləcə də bax: Qlobal neft tələbi 6 milyon barrel artacaq - PROQNOZ

FED.az xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

"Mənə elə gəlir ki, müxtəlif amillər və əks ağırlıqları nəzərə alaraq, diapazondan qısamüddətli kənarlaşmaların mümkünlüyü ilə neft qiymətlərinin 55 və 70 dollar arasında hərəkəti ən çox ehtimal olunandır", - İ. Əhmədov qeyd edib.

Qeyd edək ki, Bakı vaxtı ilə 13:53 radələrində ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin iyun müqaviləsinin dəyəri 1,65% artaraq 1 barelə görə 64,72 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,69% artaraq 61,2 dollar olub. (Apa)

Banner
Banner

Digər xəbərlər