Banner

Energetika

SOCAR: Azərbaycanın magistral qaz kəmərlərində texniki itki normadan aşağıdır

SOCAR: Azərbaycanın magistral qaz kəmərlərində texniki itki normadan aşağıdır | FED.az
14:26 26 Aprel 2017

Azərbaycanın magistral qaz kəmərlərində texniki itki normadan da aşağıdır.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin rəis müavini Nazim Səmədzadə bildirib.

Onun sözlərinə görə, xarici ölkələrin magistral qaz kəmərlərində texniki itki 1%-ə qədərdir, Azərbaycanda isə bu göstərici 0,5%-dən də aşağıdır: "Adamabaşına qaz istehlakı ilə bağlı hesablama aparsaq, digər ölkələrdən yüksək rəqəm alarıq".

O, Gürcüstana qaz nəqlindən də danışaraq qeyd edib ki, SOCAR Gürcüstana gündəlik 7 mln. kubmetr qaz nəql edir: "2016-cı ildə daxili imkanlar hesabına Hacıqabul-Qazax-Qardabani qaz kəmərində müəyyən təmir işləri aparılıb. Kəmərin gündəlik ötürücülük gücünü 10 mln. kubmetrə çatdırdıq. Bu kəmərlə 3 mln. kubmetr əlavə qaz nəql etmək imkanımız var. Rahat şəkildə bu həcmi verə bilərik".

N.Səmədzadə qeyd edib ki, İrandan gündəlik 8 mln. kubmetr qaz qəbul edilib: "Bunun 7 mln. kubmetrini Astara-Hacıqabul, 1 mln. kubmetrini isə Xoy-Culfa (Naxçıvan Muxtar Respublikası) qəbul etmək gücündədir. Azərbaycan tərəfi İrandan bu həcmin qəbulunu yoxlayıb. Astarada kompressor vasitəsilə təzyiqi qaldırıb qazı İrana ötürürük. Kompressor vasitəsilə təzyiqi qaldıraraq İrana maksimum gündəlik 3,2 mln. kubmetr qaz vermək imkanımız olub".

Digər xəbərlər

Banner