Energetika

SOCAR-da vətəndaşların qəbulu martın 29-dək dayandırılır

SOCAR-da vətəndaşların qəbulu martın 29-dək dayandırılır | FED.az
14:05 17 Mart 2020

SOCAR-da vətəndaşların qəbulu martın 29-dək dayandırılır.

Şirkətdən FED.az-a bildiirlib ki, koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı nəzərə alaraq, Dövlət Neft Şirkətində vətəndaşların qəbulu 2020-ci il martın 29-dək dayandırılır.

Bu dövr ərzində müraciətlər (012) 521-01-30 telefon nömrəsi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar, həmçinin SOCAR-ın rəsmi “[email protected]” elektron poçt ünvanına müraciət edə və elektron resursda (“www.socar.az”) təqdim edilən “Email yaz” xidmətindən yararlana bilərlər.

Digər xəbərlər

Banner