Hadisə

"Azenko"nun direktoru yol qəzasında - VƏFAT EDİB

"Azenko"nun direktoru yol qəzasında - VƏFAT EDİB | FED.az
10:46 28 İyul 2020

Abşeron rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Eləcə də bax: Bakıda tanınmış iş adamı koronavirusdan - VƏFAT ETDİ

FED.az xəbər verir ki, Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovun idarə etdiyi “NİSSAN” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılmış vəziyyətdə qalan sürücünün meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, qəzada ölən Zəkəriyyə Poladov "Azenko" MMC-nin direktorudur.

Faktla bağlı araşdırma aparılır. (Apa)

Digər xəbərlər