Banner

Hadisə

AzTV-nin baş redaktoru - KORONAVİRUSDAN VƏFAT ETDİ

AzTV-nin baş redaktoru - KORONAVİRUSDAN VƏFAT ETDİ | FED.az
08:23 3 İyul 2020

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin daha bir əməkdaşı koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişib.

Eləcə də bax: AzTV-nin əməkdaşı koronavirusdan - VƏFAT EDİB

FED.az xəbər verir ki,  AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev koronavirusdan vəfat edib.

O, ağır vəziyyətdə Tibb Universitetinin Tədris Terapevtik Klinikasına gətirilmişdi və orada müalicə alırdı. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, iki gün bundan əvvəl(1 iyul – Red) “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nemətzadə Samir də  koronavirusdan vəfat edib. (Report)

Digər xəbərlər

Banner