Hadisə

Bakıda tikinti materialları bazarı yanır - FHN-DƏN AÇIQLAMA

Bakıda tikinti materialları bazarı yanır - FHN-DƏN AÇIQLAMA | FED.az
01:09 2 Aprel 2020

Bakının Sabunçu rayonunda S.Qocayev küçəsində yerləşən tikinti materialları bazarında yanğın başlayıb.

FED.az FHN-ə istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Digər xəbərlər