Hadisə

İran səhvən öz gəmisini vurdu - ÖLƏNLƏR VAR

İran səhvən öz gəmisini vurdu -  ÖLƏNLƏR VAR | FED.az
09:43 11 May 2020

İran Hərbi Dəniz Qüvvələrinin “Jamaran” freqatı səhvən hərbi təlimdə iştirak edən digər gəmini raketlə vurub.

Eləcə də bax: "Təyyarə raket hesab edildiyi üçün vurulub" - İRANDAN AÇIQLAMA

FED.az xəbər verir ki, bu barədə “Tasnim” informasiya agentliyinin siyasi şöbəsinin direktoru Mehdi Bəxtiyari Tvitter səhifəsində məlumat verib. Onun sözlərinə görə, faciə Oman körfəzində baş verib və atəş “Konarak” köməkçi gəmisinə açılıb.

Nəticədə 2 nəfər ölüb, onlarla insan yaralanıb. “Konarak” isə insident nəticəsində batıb.

İran mediası isə ölənlərin sayının 40 hərbçi olduğunu iddia edir.

İran ordusu məlumata rəsmi münasibət bildirməyib.

Qafqazinfo

 

Digər xəbərlər