Hadisə

Kəmaləddin Heydərovla Eldar Əzizov hadisə yerində - FOTO

Kəmaləddin Heydərovla Eldar Əzizov hadisə yerində - FOTO | FED.az
02:30 5 İyul 2020

“Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

FED.az xəbər verir ki, hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov da hadisə yerindədir.

Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da hadisə yerinə gəlib.

FHN-dən verilən məlumata görə, yanğın 7-ci mikrorayon ərazisində yerləşən "Sobsan" boya fabrikinə məxsus sexdə baş verib.

Boya fabrikində artıq ikinci yanğın başlayıb. Hadisə yerində tez-tez partlayış səsləri eşidilir. 20 tonluq yağ çənlərinin partlama ehtimalının olduğu bildirilir.  

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. ***

FHN-dən verilən məlumata görə, yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə 3 TTY briqadası cəlb olunub. Hadisə nəticəsində 4 nəfər FHN əməkdaşı müraciət edib ki, onlardan 1-i başın travması ilə 3 saylı şəhər xəstəxanasına, 3 nəfər isə Toksikologiya mərkəzinə aparılıb.

Digər xəbərlər

Banner