Hadisə

Moskvada daha bir Azərbaycan kafesinə - HÜCUM EDİLDİ

Moskvada daha bir Azərbaycan kafesinə  - HÜCUM EDİLDİ | FED.az
09:41 25 İyul 2020

Naməlum şəxslər Moskvanın qərbində Mosfilmovsk küçəsində yerləşən Azərbaycan mətbəxi kafesinin vitrinlərini sındırıblar, daha sonra gizləniblər.

Eləcə də bax: Ermənilər Moskvada azərbaycanlıların restoranına hücum etdi – VİDEO

FED.az bildirir ki, bu barədə “TASS”a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

“İndisent Mosfilmovsk küçəsində baş verib. Naməlum şəxslər Azərbaycan mətbəxi kafesinin vitrininə bir neçə daş atıblar, sonra avtomobillərdə hadisə yerindən uzaqlaşaraq gizləniblər”, - agentliyin həmsöhbəti deyib. O, hücum edənlərin axtarıldığını əlavə edib.

Qeyd eddək ki, iyulun 24-nə keçən gecə Moskvanın Marino rayonunda azərbaycanlılarla ermənilər arasında bir neçə toqquşma olub. Bundan əlavə, cümə günü gün ərzində Moskvanın müxtəlif rayonlarında bir neçə yeni toqquşma qeydə alınıb. (Qafqazinfo)

Digər xəbərlər