Hadisə

Türkiyədə fabrikdə baş verən partlayışda xəsarət alanların sayı - 41-Ə ÇATIB

Türkiyədə fabrikdə baş verən partlayışda xəsarət alanların sayı - 41-Ə ÇATIB | FED.az
14:20 3 İyul 2020

Sakaryada fişəng istehsal edən fabrikdə baş verən partlayışda xəsarət alanların sayı artıb.

Eləcə də bax: Bakıda iş adamının evində - YANĞIN OLDU

FED.az xəbər verir ki, Sakarya valisi bildirib ki, hadisə nəticəsində xəsarət alanların sayı 41 nəfərə çatıb.

O, partlayış nəticəsində ölənlərin olmadığını qeyd edib.

Sakarya valisi yaralıların xəstəxanalara yerləşdirildiyini vurğulayıb. 

***

saat 13:59

Sakaryada fişəng istehsal edən fabrikdə baş verən partlayışda 11 nəfər xəsarət alıb.

Bu barədə Sakaryanın bələdiyyə sədri məlumat verib.

O bildirib ki, yaralılardan 3 nəfərinin vəziyyəti ağırdır.

Fabrikdə 250 nəfərin çalışdığını vurğulayan bələdiyyə sədri qeyd edib ki, hadisənin başvermə səbəbi hələlik məlum deyil.

***

saat 13:00

Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə partlayış baş verib.  

Yerli vaxtla saat 11:15-də Hendek rayonunda yerləşən fabrikdə ard-arda bir neçə şiddətli partlayış olub.

Ölən və yaralananlar haqda hələlik məlumat yoxdur. 

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Digər xəbərlər

Banner