Hesabatlar

“AzVirt”in mənfəəti 3-cü ildir ki, azalır - HESABAT

“AzVirt”in mənfəəti 3-cü ildir ki, azalır - HESABAT | FED.az
18:32 8 Avq 2020

“AzVirt” MMC 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.

Eləcə də bax: Azərbaycanın məşhur müəssisəsinin - VƏZİYYƏTİ MƏLUM OLDU

FED.az xəbər verir ki, şirkət tikinti gəlirləri 212 385 min manat (2,5 dəfə və ya 126 369 min manat artım), tikinti üzrə maya dəyəri 187 681 min manat (2,7 dəfə və ya 118 334 min manat artım) və nəticədə şirkətin ümumi mənfəəti 24 704 min manat (50,6% və ya 8 305 min manat artım) olub.

Eləcə də bax: Azərbaycanın məşhur topdansatış şirkətinin – MƏNFƏƏTİ AZALIB

MMC-nin ümumi inzibati xərcləri 15 724 min manat (41,5% və ya 4 610 min manat artım), ehtimal olunan kredit zərəri üzrə tutulma 694 min manat (32,9% və ya 340 min manat azalma), digər gəlirləri 572 min manat (2,2% və ya 13 min manat azalma), digər xərcləri 147 min manat (3,3 dəfə və ya 338 min manat azalma) olub.

Şirkət ümumilikdə əməliyyat gəlirlərindən 8 711 min manat əldə edib. Bu göstərici 2018-ci ildə 4 351 min manat olub. Şirkətin əməliyyat gəlirləri 2 dəfə və ya 4 360 min manat artıb.

“AzVirt” MMC 2019-cu ildə maliyyə gəlirlərindən 47 min (7,8 dəfə və ya 41 min manat artım), maliyyə xərclərindən 4 348 min manat (11,1 dəfə və ya 3 956 min manat artım) olub.

Şirkət həmçinin xarici valyuta mübadiləsi üzrə 1 594 min manat (2018-də 147 min manat gəlir əldə etmişdi), əmlak, tikili avadanlıqların silinməsindən 680 min manat (53,8% və ya 238 min manat artım) zərərə düşüb.

MMC 1 534 min manat mənfəət vergisi ödədikdən sonra 2019-cu ili 602 min manat mənfəətlə başa vurub.

Qeyd edək ki, şirkətin xalis mənfəəti 2018-də 2 784 min manat, 2017-də 10 193 min manat, 2016-də 13 783 min manat, 2015-də 8 952 min manat, 2014-də 8 652 min manat olub.

Şirkətin cəmi aktivləri 199 265 min manat, cəmi öhdəlikləri 133 465 min manat, cəmi kapitalı 65 800 min manat olub.

Digər xəbərlər

Banner