Hesabatlar

«PSG Kapital»ın vəziyyəti - MƏLUM OLUB - HESABAT  

«PSG Kapital»ın vəziyyəti - MƏLUM OLUB - HESABAT   | FED.az
13:01 29 İyun 2020

«PSG Kapital» investisiya şirkəti 2019-cu il üzrə maliyyə vəziyyətini açıqlayıb.

Eləcə də bax: “PAŞA Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti - 66% ARTIB - HESABAT

FED.az xəbər verir ki, ötən il şirkətin faiz gəlirləri 1 milyon 354,8 min manat (10,4% və ya 128,1 min manat artım), faiz xərcləri 1 milyon 166,1 min manat (6,9% və ya 75,1 min manat artım) olub.

Şirkət ötən il əməliyyat gəlirlərindən 188,7 min manat (39,0% və ya 52,9 min manat artım) olub. Qeyd edək ki, 2018-ci ildə bu göstərici 135,8 min manat olmuşdu.

Nəhayət, «PSG Kapital» investisiya şirkəti 118,2 min manat mənfəət vergisi ödədikdən sonra 2019-cu ili 463,4 min manat (17,7% və ya 76,8 min manat artım) mənfəətlə başa vurub. Qeyd edək ki, şirkətin 2018-ci ildə mənfəəti 387 min manat olmuşdu.

«PSG Kapital» investisiya şirkəti ötən il cəmi aktivləri 21 milyon 165,8 min manat (7,3% və ya 1 milyon 676,6 min manat azalma), cəmi öhdəlikləri 18 milyon 273,3 min manat (10,3% və ya 2 milyon 87 min manat azalma), cəmi kapitalı 2 milyon 892,6 min manat (16,5% və ya 410,4 min manat artım) olub. 

2019-cu ildə «PSG Kapital» investisiya şirkətinin müştərilərə qaytaracağı vəsaitlər 16% azalaraq 13,2 milyon manata düşüb.  

Şirkət 2019-cu ildə müştərilərə 240,6 min manat verib. Şirkət 2018-ci ildə müştərilərə verilmiş kreditləri olmayıb.

Şirkətin banklara qoyulmuş depozitləri 2018-ci ildə 16 milyon 445,8 min manat olub. 2019-c ildə şirkətin banklara qoyulmuş depozitləri 100% azalaraq sıfıra enib.

Şirkətin cəmi kapitalı isə 16,5% artaraq 2 milyon 892,6 min manat olub.

Digər xəbərlər

Banner