Hesabatlar

«Xəzər-Lada»nın satışı kəskin artsa da, mənfəəti azalıb - HESABAT

«Xəzər-Lada»nın satışı kəskin artsa da, mənfəəti azalıb - HESABAT | FED.az
21:57 16 May 2020

Azərbaycanda Rusiyanın «Lada» avtomobillərinin satışı ilə məşğul olan anda «Xəzər-Lada» ASC 2019-cu il üzrə hesabatını açıqlayıb. 

FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il şirkətin satışları 7,1 milyon manat artaqaq 22,1 milyon manatı keçib. Bu ötənilki 14 milyon 987 min manatlıq satış həcmindən təqribən 48% artıqdır.  
Ötən ilk “Xəzər-Lada” ASC-nin əsas əməliyyat gəliri 22 milyon 122 min manat, kommersiya xərcləri 21 milyon 872 min manat olub.

Şirkətin vergidən əvvəlki mənfəəti 250 min manat təşkil edib, bu məbləğdən 50 min manat mənfəət vergisi ödədikdən sonra 2019-cu ili 200 min manat xalis mənfəət ilə başa vurub.

Xatırladaq ki, ötən illə müqayisədə bu il şirkətin xalis mənfəəti 16,6 min manat azalıb. Belə ki, ASC ötən ili 216,6 min manat xalis mənfəətlə bağlamışdı.

2019-cu ildə «Xəzər Lada» işçilərinə xərcləri azaldıb. 2018-ci ildə işçi heyəti üzrə xərclər 536,9 min manat olduğu halda, 2019-da bu rəqəm 495,7 min manat olub. 

FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, ASC-nin cəmi aktivləri 2019-cu ildə 15 milyon 800 min manat olub. Bu göstərici 2018-ci ilə görə 5 milyon 757 min manat və ya 57,3% çoxdur. 

Ötən il şirkətin cəmi ödəlikləri 6 milyon 143 min manat (12,2 dəfə artım), cəmi kapitalı 9 milyon 657 min manat (1,2% artım) olub. 

Ötən il “Xəzər-Lada” təqribən 2 milyon manat əlavə kredit götürüb və nəticədə şirkətin ümumi qısamüddətli kreditləri 500 min manatdan 2,5 milyon manata yüksəlib. Bundan başqa, 2019-da şirkətin 3,6 milyon manatdan artıq əlavə öhdəlikləri yaranıb. 

Qeyd edək ki, 2018-ci ildə “Xəzər-Lada”nın cəmi aktivləri 10 milyon 43 min manat, cəmi öhdəlikləri 500 min manat, cəmi kapital 9 milyon 543 min manat olub.

Digər xəbərlər