Banner

Hüquq

Bakıda karantini pozan - KAFE SAHİBİ CƏZALANDIRILDI

Bakıda karantini pozan - KAFE SAHİBİ CƏZALANDIRILDI | FED.az
11:17 2 İyun 2020

Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.

Eləcə də bax: Bakıda əyləncə salonlarında karantin qaydaları pozulub - 25 NƏFƏR SAXLANILIB

FED.az xəbər verir ki, hadisə iyunun 1-i saat 22:30 paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi, 1 ünvanında yerləşən "İradə" kafesində qeydə alınıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti və 4-cü Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlər nəticəsində "İradə" kafesinin xüsusi karantin qaydalarını pozaraq, yəni saat 22:00-dan sonra fəaliyyət göstərdiyi məlum olub.

Müvafiq tədbirlərlə çay evində ümumilikdə 5 nəfər müəyyən edilib, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokol tərtib olunub. Kafenin sahibi 200 manat, digər şəxslər isə 100 manat məbləğində cərimələnib.

Report

Digər xəbərlər

Banner