Hüquq

Bakıda postlar yığışdırıldı - RƏSMİ AÇIQLAMA

Bakıda postlar yığışdırıldı - RƏSMİ AÇIQLAMA | FED.az
09:48 18 May 2020

Daxili İşlər Nazirliyi Bakıda polis postlarının yığışdırıldığını açıqlayıb.

FED.az xəbər verir ki, nazirliyin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Nazirlər Kabienti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, bu gündən vətəndaşların SMS icazə alaraq evdən çıxması sisteminin ləğv olunmasına görə payaxtın bəzi küçə və prospektlərində quraşdırılımış xüsusi polis postlarının fəaliyyətinə artıq ehtiyac qalmayıb:

Eləcə də bax: Bu gündən karantin - QAYDALARI YUMŞALDILIR

“Bəzi küçələrdə quraşdırılan xüsusi polis postları yığışdırılıb. Amma polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birlikdə xüsusi karantin rejiminə nəzarəti davam etdirirlər. Piyada naryadları və post patrul xidməti ilə birlikdə gücləndirilmiş vəziyyətdə şəhərin parklarında, bulvarda, insanların sıx toplaşdığı ərazilərdə sosial məsafəyə əməl etmələrinə, tibbi maskalardan istifadə etmələrinə, fəaliyyətinə icazə verilmiş obyektlərin müəyyən olunmuş qrafik üzrə fəaliyyət göstərmələrinə tam nəzarət ediləcək”. 

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi mayın 31-dək uzadılıb.

Qafqazinfo

Digər xəbərlər