Banner

Hüquq

“Baklift-1”in rəisinə - Hökm Oxundu

“Baklift-1”in rəisinə - Hökm Oxundu | FED.az
14:34 27 Yan 2021

Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Taryel Qasımovun cinayət işi üzrə məhkəmə baxışı üzrə məhkəmə prosesi başa çatıb.

Eləcə də bax: "Şərurlu İsfəndiyar" "Zaminbank" sədrinin cinayət işində - Zərərçəkmiş Kimi Tanınıb

FED.az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən T.Qasımova il 5 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası verilib və Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib. Onun cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilib.

Qeyd edək ki, Qasımov Taryel Vahab oğlu barədə cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham verilib. (Report)

Banner
Banner

Digər xəbərlər