Banner

Hüquq

Baş Prokuror kürəkənini - İŞDƏN AZAD EDİB

Baş Prokuror kürəkənini - İŞDƏN AZAD EDİB | FED.az
18:23 3 İyun 2020

Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan kürəkəni ilə bağlı əmr imzalayıb.

FED.az xəbər verir ki, "BakuPost"un əldə etdiyi məlumata görə, əmrə əsasən, Səbail rayon prokurorunun müavini Orxan Nuriyev vəzifəsindən azad olunub.

Baş Prokurorluqda təyinatlar - ADLAR, VƏZİFƏLƏR, RƏSMİ AÇIQLAMA

Orxan Nuriyevin başqa dövlət qurumunda vəzifəyə təyin olunduğu bildirilir.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiqləyib.

O bildirib ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrə əsasən Səbail rayon prokurorunun müavini Orxan Nuriyevin başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunaraq prokurorluqda qulluq keçməsinə xitam verilib.

Azərbaycanda prokuror - VƏFAT EDİB

O.Nuriyevin yeni iş yeri barədə sorğuya cavab olaraq isə E.Sultanov bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətində məlumatın olmadığını vurğuladı.

Qeyd edək ki, Orxan Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 2019-cu ildən Ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur.

Digər xəbərlər

Banner