Banner

Hüquq

Baş Prokurorluq sudan qənaətlə istifadə ilə bağlı əhaliyə - Müraciət Etdi

Baş Prokurorluq sudan qənaətlə istifadə ilə bağlı əhaliyə - Müraciət Etdi | FED.az
15:45 20 Aprel 2021

Baş Prokurorluğun yaydığı məlumata görə, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə prokurorluq orqanları tərəfindən bu sahədə mövcud hüquqpozmalarla mübarizəyə yönəlmiş tədbirlər davam etdirilir.

FED.az xəbər verir ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin, rayon prokurorluqlarının və “Azərsu” ASC-nin əməkdaşlarının iştirakları ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsində yerləşən 11 qeyri-yaşayış obyektinə baxış keçirilən zaman 9 qeyri-yaşayış obyektinin su təchizatı şəbəkəsinə qanunsuz qoşulmasının aşkar edilməsi faktları ilə bağlı inzibati xəta haqqında işlər üzrə icraatın başlanması haqqında qərarlar qəbul edilərək baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilmişdir.

Baş Prokurorluq əhaliyə müraciət edərək qlobal istiləşmənin bir çox ölkələrdə yaratdığı susuzluq probleminin ölkəmizdə də baş verməsinin qarşısını almaq məqsədilə sudan qənaətlə istifadə etməyə, bunun üçün sudan sərfəli istifadə üçün nəzərdə tutulmuş müasir texnologiyaya əsaslanan avadanlıqlardan  istifadə etməyə çağırır.

Banner
Banner

Digər xəbərlər