Hüquq

Binəqədidə qanunsuz fəaliyyət göstərən - Sahibkarlar Cərimələndi

Binəqədidə qanunsuz fəaliyyət göstərən - Sahibkarlar Cərimələndi | FED.az
09:19 12 Avq 2020

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əsasən koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər Respublikanın digər rayonlarında olduğu kimi Binəqədi rayonunda da davam etdirilir.

Eləcə də bax: Abşeronda sanitar-karantin qaydalarını pozan - 28 NƏFƏR CƏRİMƏLƏNİB

FED.az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsi məsul əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı tətbiq edilən qaydaları pozaraq heyvanların kəsimində və satışında tətbiq edilən qadağa və məhdudiyyətlərə məhəl qoymadığına görə 8-ci mikrorayon C.Xəndan küçəsi 52 C ünvanında fəaliyyət göstərən “Ət dükanı”nın sahibi A.Hacıyev barəsində protokol tərtib edilərək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 4000 manat, eyni zamanda çimərlikdən istifadə qaydalarını pozduğuna görə “Həyat” İstirahət Mərkəzinin sahibi S.İbrahimov barəsində də İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada 3000 manat məbləğində cərimə olunub.

Digər xəbərlər

Banner