Hüquq

İki şirkət məhkəmənin “Rabitəbank”la bağlı - Qərarından Razı Deyil

İki şirkət məhkəmənin “Rabitəbank”la bağlı - Qərarından Razı Deyil | FED.az
10:06 12 Avq 2020

İki şirkət, rayon məhkəmələrinin “Rabitəbank” ASC ilə məhkəmə çəkişməsinə görə apelyasiyaya şikayət ediblər. Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

Eləcə də bax: Məhkəmə “Holcim”in 12 min manatlıq iddiası ilə bağlı - QƏRAR VERDİ

FED.az Banker.az-a istinadən xəbər verir ki, “Rabitəbank”ın Nəsimi Rayon Məhkəməsinə etdiyi müraciətdə “Zümrüd-2008” MMC və adıçəkilən şirkətin rəhbəri Məlikov Tahir Yusif oğluna qarşı “pulun tutulması” iddiası ilə müraciət. Nəsimi Rayon Məhkəməsi isə bu iddianı “qismən təmin” edib.

Bankın digər barəsində Səbail Rayon Məhkəməsinə müraciət etdiyi şirkət isə “İCON GMBH” MMC (və eləcədə rəhbəri Ceyhun Xəlilov) olub. Bankı məhkəməyə “pul tələbi” ilə bağlı olub və məhkəmə bu iddianı da qismən təmin edib.

İki şirkət hər biri bankın bu iddiasına məhkəmənin qismən təmin edilməsindən narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məsələyə 12 avqust 2020-ci il tarixində baxılacaq.

Digər xəbərlər

Banner