Hüquq

Karantində “qoruyucu maska” istifadə etməyən 7 şirkət cərimələnib - SİYAHI

Karantində “qoruyucu maska” istifadə etməyən 7 şirkət cərimələnib - SİYAHI | FED.az
16:12 27 İyul 2020

Azərbaycanda bu gün 7 şirkət barəsində karantin rejmində inzibati qayda pozuntusunun barəsində inzibati porotokol tərtib edilib.

Eləcə də bax: “Xəmsə”nin sahibi qardaşına 450 nəfərlə yas etdi - 5000 MANAT CƏRİMƏLƏNDİ

FED.az Banker.az-a istinaədn xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bununla bağlı hüquqi şəxlərin qeydiyyat ünvanları üzrə müvafiq rayon məhkəmələrinə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib edilən protokolu təqdim edib.

Məlumata görə, şirkətlər bunlardır:

  • “Zeytun Pharmaceuticals” MMC
  • “Ştutqart” MMC
  • “Vimay-Med” MMC
  • “Group Tn” MMC
  • “Qafqaz İndastri” MMC
  • “ASE Asya Afrıka Hızlı Karqo ve Dağıtım” MMC
  • “Karusel” MMC

Xatırladaq ki, İXM-nin 211.2-ci maddəsinə əsasən “Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına  görə, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Digər xəbərlər