Hüquq

Pozuntulara görə cərimələr sərtləşəcək - NAZİR MÜAVİNİ

Pozuntulara görə cərimələr sərtləşəcək - NAZİR MÜAVİNİ | FED.az
11:29 8 Avq 2020

"Bildiyiniz kimi, hökumət biznes fəaliyyətinin canlandırılması istiqamətində müvafiq tədbirlər görür".

FED.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Eləcə də bax: Operativ Qərargahdan "yumşalma qərarı" ilə bağlı - AÇIQLAMALAR - CANLI YAYIM

Onun sözlərinə görə, bir sıra iş yerləri və obyektlərinin açılması istiqamətində müzakirələr aparılır: “Biz sahibkar, dövlət, vətəndaş biriliyini bir daha nümayiş etdirəcəyimizə əminik. Yumşaldılma ilə yanaşı cərimələrin sərtləşməsi, daha sərt cərimə tətbiqi ilə bağlı müzakirələr aparılır. Təkcə maliyyə sanksiyalarından söhbət getmir. Burada daha sərt cəza mexanizmlərinin tətbiqi ilə bağlı müzakirələr gedir”. (Report)

Digər xəbərlər

Banner