Hüquq

Pul alarkən görüntüsü yayılan - POLİS ƏMƏKDAŞI ÖLÜB - FOTO

Pul alarkən görüntüsü yayılan - POLİS ƏMƏKDAŞI ÖLÜB - FOTO | FED.az
10:38 23 Yan 2020

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə yol polisinin rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

Eləcə də bax: Yol polisi sürücüdən - RÜŞVƏT İSTƏYİR - VİDEO

FED.az xəbər verir ki, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib ki, faktla bağlı araşdırmalar aparılıb.

“Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs 14.05.2018-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib və həmin ildə də vəfat edib”, - o bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Şirvan şəhər ərazisində yol polisinin sürücüdən rüşvət alması ilə bağlı videogörüntü yayılıb.

Report

Digər xəbərlər

Banner