Banner

Hüquq

Qazaxıstan zavodu Azərbaycan şirkətinə - AYDA $43 MİN ÖDƏYƏCƏK - MƏHKƏMƏ

Qazaxıstan zavodu Azərbaycan şirkətinə - AYDA $43 MİN ÖDƏYƏCƏK - MƏHKƏMƏ | FED.az
09:20 6 İyul 2020

Mingəçevirdə fəaliyyət göstərən “Azneftemash” ASC Qazaxıstanın maşınqayırma zavodu ilə aralarındakı məhkəımə çəkişməsinə qon qoyulub, iş sülhlə bitib.

FED.az Banker.az-a istinadən xəbər verir ki,  yerli müəssisə “Aktauskiy Maşınqayırma Zavodu” LLP-nin onun borcunu qaytarmadığı iddiası ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edib.

Eləcə də bax: “Abşeron-şərab” “Gəncə Şərab-2”nin plagiat ittihamlarına - CAVAB VERDİ

Azərbaycan müəssisəsinin iddiasına görə, Qazaxıstan müəssisi ona $257 000 pulunun qaytarmayıb.

Lakin, “Azneftemash” 24 iyun 2020-ci il tarixdə sülh razılaşmasının təsdiq edilməsi haqqında ərizə və sülh razılaşması ilə məhkəməyə müraciət edərək proses tərəfləri arasında sülh razılaşmasının əldə edildiyini bildirib və sülh razılaşmasında qeyd olunan şərtlərin təsdiq edilməsini məhkəmədən xahiş edib.

Sülh razılaşmasına görə, Aktauskiy Maşınqayırma Zavodu Azərbaycan müəssisəinə olan borcu 6 hissəyə bölərək, hər ayda $42 833 olmaqla ödəməli olacaq.

Ödəniş isə iyul ayının 1-dən, dekabr ayının 1-ə qədər davam edəcək.

Kommersiya məhkəməsi bu razılaşmanı təsdiqləyib.

“Azneftemash” 1999-cu ildə səhmdar cəmiyyəti olduqdan sonra, neft və qaz sənayesində istifadə olunan avadanlıqlar: qazıcı qurğular, yüksək təzyiqli siyirtmələr, xüsusi təyinatlı texnikalar, və müxtəlif alətlər yüksək keyfiyyətlə istehsal edilir. Zavodda 980 işçi calışır. Avadanlıqlar Azərbaycan Respublikasının və MDB ölkələrinin neft və qaz sənayesində istifadə olunur.

2018-ci ilin hesabatına görə, 49.59 mln. manat gəlir əldə edərək, ili 61 min manat xalis mənfəətlə bitirib. 751 min manat səhm kapitalına sahibdir.

Digər xəbərlər

Banner