Banner

Hüquq

"Altun" və "Xəmsə" restoranlarının rəhbərləri Vüqar Səfərli ilə birlikdə - Təqsirləndirilir

"Altun" və "Xəmsə" restoranlarının rəhbərləri Vüqar Səfərli ilə birlikdə - Təqsirləndirilir | FED.az
16:26 23 İyul 2021

Bu gün ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Eləcə də bax: Vüqar Səfərlinin evlərinə, bağlarına, avtomobillərinə - Həbs Qoyulub

FED.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, təqsirləndirilən şəxslərdən ev dustaqlığına olan Təmkin Xəlilov '"Altun" restoranının direktor müavini, Şahin İbrahimov "Altun" restoranının inzibatçısı, Valeh Orucov "Xəmsə" restoranının icarədarı, Bəxtiyar Fətullayev "Xəmsə" restoranının icarədarı olub.

Təhminə Yaqubova Vüqar Səfərlinin yanında mühasib kimi çalışıb.

Prosesdə elan olunub ki, təqsirləndirilən şəxslərdən Şahin İbrahimov vəkili məhkəmədə iştirak etməyib. Bu səbəbdən məhkəmə prosesi iyulun 30-a qədər təxirə salınıb. (Apa)

Banner
Banner

Digər xəbərlər

Banner