Hüquq

“Şərurlu" İsfəndiyar: “İcra başçısı torpaqları əlimdən almaq istəyir”

“Şərurlu" İsfəndiyar: “İcra başçısı torpaqları əlimdən almaq istəyir” | FED.az
16:50 19 May 2020

“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov Xızı Rayon İcra Hakimiyyətini torpaq mübahisəsi ilə bağlı məhkəməyə verib.

Eləcə də bax: “Tutulanların acı həyatını yaşamaq istəmirlərsə...”

FED.az biznes portalı bu barədə  "Sabah.az"a istinadən xəbər verir.

Saytın əldə etdiyi məlumata görə, Xızı Rayon Məhkəməsinin qərarından narazı qalan iş adamı Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət edib. İş araşdırılmaq üçün hakim Hökümə Babayevanın icratına verilib.

İsfəndiyar Axundov iddia ərizəsində Xızı rayonu ərazisində ona aid olan torpaqların icra hakimiyyəti tərəfindən qanunsuz olaraq zəbt edilmək istədiyini göstərib.

Sayta açıqlama verən İsfəndiyar Axundov faktı təsdiqləyib. O bildirib ki, Xızıda qoyun yataqları var: “Xızıda vəziyyət acınacaqlıdır. Bizi incidirlər ki, oradan köçürsünlər. İcra başçısı gücünü göstərərək, torpaqları əlimdən almaq istəyir. Məndə isə hər şey sənəd-sübutladır”.

Qeyd edək ki, Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanovdur. Apelyasiya məhkəməsi koronavirus pandemiyası ilə əlaqədar bir neçə dəfə təxirə salınıb.

Digər xəbərlər