İdman

Azərbaycan klublarının toplam dəyəri - AÇIQLANDI

Azərbaycan klublarının toplam dəyəri - AÇIQLANDI | FED.az
10:21 12 May 2020

Azərbaycan postsovet ölkələri arasında ən bahalı futbol çempionatına malik ölkələrdən biridir.

FED.az “Transfermarket”ə istinadən xəbər verir ki, ölkə çempionatındakı 8 klubun toplam dəyəri 59,4 milyon avrodur.

Eləcə də bax: Azərbaycan futbol klublarının - GƏLİRLƏRİ AÇIQLANIB

Postsovet ölkələri arasında ən bahalı çempionat Rusiyaya (923,1 milyon avro, 16 klub) məxsusdur. İlk “üçlük”də Ukrayna (289,5 milyon avro, 12 klub), Qazaxıstan (124,6 milyon avro, 12 klub) daxildir.

Növbəti yerlərdə Belarus çempionatı (77,9 milyon avro, 16 klub), Özbəkistan çempionatı (73,75 milyon avro, 14 klub) gəlir. Çempionatı ən az bazar dəyərinə malik ölkələr isə Qırğızıstan (4,69 milyon avro, 9 klub), Tacikistan (4,5 milyon avro, 10 klub) və Türkmənistan daxildir.

Digər xəbərlər