İKT

Azərbaycanda e-ticarətin həcmi - 60%-DƏN ÇOX ARTIB

Azərbaycanda e-ticarətin həcmi - 60%-DƏN ÇOX ARTIB | FED.az
10:37 12 May 2020

Bu ilin mart ayında Azərbaycanda 305 mln. manat həcmində elektron ticarət (e-ticarət) əməliyyatı həyata keçirilib.

FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ayla müqayisədə 10%, illik müqayisədə isə 63% çoxdur.

Mart ayı ərzində həyata keçirilən elektron ticarət əməliyyatlarının 268 mln. manatı debet, 37 mln. manatı isə kredit kartları ilə reallaşdırılıb.

Hesabata əsasən, bu ilin I rübündə elektron ticarətin həcmi 842 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 59% çoxdur.
Apa

Digər xəbərlər