İKT

Azərbaycanda kasıb və imkanlı istifadəçilər - HANSI MOBİL OPERATORU SEÇİR? - ARAŞDIRMA

Azərbaycanda kasıb və imkanlı istifadəçilər - HANSI MOBİL OPERATORU SEÇİR? - ARAŞDIRMA | FED.az
15:56 5 May 2020

Azərbaycanda əhalinin, xidmətlərindən ən çox istifadə etdiyi mobil operatorlar məlum olub.

FED.az-ın məlumatına görə, «Business İnsight» şirkətinin keçirdiyi sorğuda məlum olub ki, əhalinin 67% hissəsi 1 mobil operatorun, əhalinin 30%-i 2 mobil operatorun, 2.9%-i isə 3 mobil operatorun xidmətindən istifadə edir.

Eləcə də bax: Karantində mobil operatorların xidməti – QİYMƏTLƏNDİRİLİB

Yalnız bir mobil operatordan istifadə edənlər arasında “Bakcell” abunəçiləri «Azencell»i cüzi fərqlə qabaqlayır. Əvəzində bir neçə operatorun xidmətindən istifadə edənlərin daha çox hissəsi əsas mobil operator kimi «Azercell»i seçib – 41,7%, burada da fərq bir faizdən azdır.

Amma ümumiyyətlə isə bir nəfərin bir neçə operatordan istifadə etdiyini də nəzərə alsaq Azərbaycanda “Bakcell” abunəçilərinin çoxluq təşkil etdiyini müşahidə edirik (54%).

Gender baxımından mobil operatorları təhlil etdikdə (əsas mobil operator seçim bazasında) məlum olur ki, “Azercell” və “Bakcell” abunəçilərində ciddi fərq olmasa da “NAR” abunəçilər arasında açıq ara ilə fərqlə kişilərin üstünlük təşkil etdiyi müşahidə olunur (Azercell – kişi 51%; qadın 49%;  Bakcell – kişi 49%; qadın 51%,  NAR – kişi 60%; qadın 40%).

Yaş kateqoriyası üzrə analizlər isə göstərir ki, “Bakcell” və “Azercell”ə nisbətdə “NAR” abunəçiləri daha gəncdirlər. Abunəçilərin yaş hədləri belədir:

«Azercell» - 17/35 35%; 36/40 65%

«Bakcell» - 17/35 35%; 36/40 65%

«NAR «- 17/35 45%; 36/40 55%

Sorğuda iştirak edən hər 4 nəfərdən biri bildirib ki, mobil operatorunu dəyişib. İstifadəçilər hər 3 mobil operatoru dəyişirlər. Ən byöük axın «Azercell»dən «Bakcell»ə qeydə alınıb – 35%. Əvəzində əks istiqamətdə 18% istifadəçi dəyişib. Ümumilikdə, bu məsələdə NAR-ın müsbət saldosu daha yüksəkdir.

«Azercell»i başqa operatora dəyişənlər əsasən (128 respondentn 80%-i) gəlir səviyyəs aşağı olanlardır (29% gəliri olmayanlar, 51% gəliri 750 AZN-dən aşağı olanlar). «Azercell»i başqa operatorlara dəyşənlərə digər regonlara nisbətdə Bakı, Sumqayıt, Gəncə və xüsusilə Quba şəhərlərində daha çox rast gəlinir. Ümumiyyətlə isə operatorunu digər operatora dəyişənlər kişilər arasında daha çoxdur (kişilər 58%; qadınlar 42%). Bir operatordan digərnə keçid daha çox 26-35 yaşlı istifadəçilərdə müşahidə olunur.

Xatırladaq ki, “İstehlakçı davranışları” araşdırması Azərbaycanın  ümumilikdə 8 şəhər və rayonunda 1255 respondent arasında aparılıb. Respondentlərin orta yaş həddi 43, yarısı kişi, yarısı qadından ibarətdir. Respondentlərin 45,6%-i orta təhsilli, 18,3%-i orta ixtisaslı, 36,1%-i isə ali təhsilli olub. 

 

Digər xəbərlər